köhnə avtomobillər isə indi istifadə olunmur. Lakin qiymətləri çox yüksəkdir. Bu əsas deyil, əsas odur ki, onların miqdarı məhduddur.
Tələbələrə 10 ədəd dekorativ plakatı – cəlbedicilik dərəcələrindən asılı olaraq – ardıcıllıqla düzmək tapşırığı verilir. Düzgün seçim edənlərə bu plakatlardan biri hədiyyə ediləcəkdi.
5 dəqiqədən sonra onlara dedilər ki, reytinq üzrə üçüncü cəlbedici plakat artıq burada yoxdur. Sonra onlardan xahiş etdilər ki, 10 plakat yenidən yoxlanılsın. Bu zaman ortada olmayan üçüncü plakat qəflətən birinci yeri tutdu.
Elmdə bu fenomenə reaktans (reaktiv müqavimət) deyilir: əgər biz birdən nədənsə məhrum ediliriksə, bu zaman həmin şey daha cəlbedici və diqqət mərkəzində olur. Bu, bir növ protest reaksiyasına da oxşayır. Psixologiyada isə buna “Romeo və Culyetta effekti” deyilir. Şeksprin qəhrəmanlarının məhəbbətinin gücü – onlara bu hissləri yaşamaq məhdudiyyətinin qoyulmasında idi.