bookmate game
az

Anna Frank

  • Fexreddinciteerde uit2 jaar geleden
    Əgər Hollandiyada yəhudiləri belə dözülməz yer­lər­də saxlayırlarsa, onda gör onlar sürgün edildikləri yer­lərdə nələr çəkirlər. Düşünürük ki, onların çoxunu, sadəcə, məhv edirlər. İngilis radiosu qaz kamera­la­rından danışır, yəqin, bu, öldürməyin ən sürətli va­si­təsidir.
  • Fexreddinciteerde uit2 jaar geleden
    Danışıq: günün bütün vaxtları yalnız pıçıltıyla danışmağa icazə var. Bütün mədəni xalqların dilində, de­məli, alman dilindən başqa, danışmaq olar.
  • Fexreddinciteerde uit2 jaar geleden
    Bütün tələbələr almanlara rəğbət bəslədiklərini və yeni qaydaları bəyəndiklərini təsdiqləyən ərizəyə qol çəkməlidir. Səksən faiz öz vicdanın əleyhinə get­mə­yə etiraz etdi və bu səbəbdən də qol çəkmədi. Bu, nə­­ticəsiz qalmadı, indi qol çəkməyənlərin hamısını Al­ma­niyaya işləməyə göndərirlər.

    Belə getsə, Hollandiyada gənc qalmayacaq!
  • Fexreddinciteerde uit2 jaar geleden
    “O, öz ağlı ilə böyük,

    Əməllərində xırda idi fəqət”.
  • Fexreddinciteerde uit2 jaar geleden
    İnsan çoxlarının sevimlisidirsə, amma ən azı bir nə­fə­rin “ən sevimli”si deyilsə, o, yenə də özünü tənha hiss eləyəcək!
  • Fexreddinciteerde uit2 jaar geleden
    Anna

    Çərşənbə, 29 mart 1944-cü il

    Əzizim Kitti!

    Dünən holland radiosuyla çıxış edən nazir Bolkenş­teyn dedi ki, hərbi xatirələr, gündəliklər və məktublar sonralar böyük əhəmiyyətə malik olacaq. Əlbəttə, bundan sonra hamı mənim gündəliyimdən danışmağa başladı.
  • Fexreddinciteerde uit2 jaar geleden
    “Kimin vicdanı təmizdir, o da güclüdür!”
  • Fexreddinciteerde uit2 jaar geleden
    Burada Anna Frankın gündəliyi qurtarır.
  • Fexreddinciteerde uit2 jaar geleden
    Birinci Marqo, bir neçə gündən sonrasa Anna ölür. On­­ların ölüm tarixi 1945-ci il martın axırı – aprelin əv­vəl­lərinə düşür. Hər iki qızın cəsədi, yəqin ki, Ber­qen-Belzenin ümumi qəbrində basdırılıb. 12 aprel 1945-ci il­də bu düşərgə ingilislər tərəfindən azad edilir.
  • Fexreddinciteerde uit2 jaar geleden
    Sığınacağın sakinlərini həbsdən sonra Amsterdam həbs­xanasına, dörd gündən sonrasa Vesterborkda yə­hu­dilər üçün olan köçürülmə düşərgəsinə yerləş­di­rir­lər.

    ­3 sentyabr 1944-cü ildə şərqə gedən axırıncı qatarla onları Polşadakı Osvensimə deportasiya edirlər.

    Edit Frank 6 yanvar 1945-ci ildə Osvensim-Birke­nau­da qadınlar düşərgəsində aclıqdan ölür.
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)