Nikolay Pavlenko

Boeken

Citaten

b4354837047citeerde uit2 jaar geleden
rlayan vəzir heç ağlına gətirmirdi ki, Şafirovun cibində çarın tərtib etdiyi təlimat var. Təlimat vitse-kansleri daha böyük güzəştlərə getməyə vəkil edirdi. Sülh müqaviləsi bağlanması xətrinə Pyotr ələ keçirilən bütün əraziləri nəinki türklərə, həm də isveçlilərə qaytarmağa hazır idi. Üstəlik, çar, hətta Pskovu, “əgər Pskov azlıq etsəydi, başqa əyalətləri də” isveçlilərə güzəştə gedəcəkdi.
Bu təlimat Şafirova iyulun 10-da, yəni türklərin ordugahına getdiyi ərəfədə təqdim olunmuşdu. Ertəsi gün, vəzir və Şafirov müqaviləni hələ imzalamamışdan əvvəl çapar Pyotrun yeni sərəncamını vitse-kanslerə çatdırdı. Sərəncamdan məlum olurdu ki, rusların ordusunda vəziyyət olduqca ağırdır. Çar yazırdı: “Əgər sülhdən söz salsalar, onda nə istəsələr razılaşın, əsir düşməndən başqa”. Əsirlikdən yaxa qurtarmaq üçün çar hər yeri: Azovu, Taqanroqu, Baltik dənizinin sahillərini – ölkəyə iki Azov, iki Narva, Lesnaya və Poltava yürüşləri bahasına başa gəlmiş bütün torpaqları qaytarmağa razılaşırdı. Pyotrun çox qiymətləndirdiyi “Behişt” ilə birlikdə İnqriya da qurban verilirdi.
b4354837047citeerde uit2 jaar geleden
Eyni məqsəd daşıyan başqa aktlar da təkvarislik haqqında fərmanı təsbit edirdi. Aktlardan birində hesabı və həndəsəni bilməyən zadəgan övladlarına evlənmək qadağan olundu. Başqa bir akt qvardiya polklarında sıravi əsgər kimi xidmət etməyən zadəganlara zabit rütbəsi almağa icazə vermirdi. Qeyrilərinin yeddi il hərbi xidmətdən, 10 il mülki xidmətdən, yaxud 15 il ticarətlə məşğul olduqdan sonra malikanələr əldə etmək ixtiyarı var idi. Heç yerdə xidmət etməyənlərə və ticarətlə məşğul olmayanlara “ölən günədək” kənd almaq qadağan edilirdi.
Pyotr zadəganları xidmətə cəlb etmək üçün daha bir vasitəyə əl atmışdı. O, vaxtaşırı baxışlar keçirirdi. Bəzən bu məqsədlə müəyyən zadəgan qrupları çağırılırdı. Məsələn, 1713-cü ildə əvvəlki iki il ərzində xidmətə gəlməmiş fərari zadəganlar üçün baxış təyin olunmuşdu. 1714-cü ildə 13 yaşında və 13 yaşından yuxarı zadəgan övladları çağırılmışdılar. İlk baxış ümumi xarakter daşıyırdı. Yaşından və tutduğu vəzifədən asılı olmayaraq, bütün zadəganlar baxışa gəlməli idilər. Birinci baxış – onun barəsində heç bir sənəd qalmamışdır – 1715-ci ildə keçirilmişdi. Başqa bir baxış 1721-ci ildə təşkil edilmişdi. Onun barəsində formaca yeknəsəq olan çoxlu anket qalmışdır. Həmin anketlər indiyədək öyrənilməmişdir.
b4354837047citeerde uit2 jaar geleden
kvadan yola düşdü. Kolomnada Apraksin, Tolstoy, habelə arvadı Yekaterina Alekseyevna ona qoşuldular. İmperator yaxın adamları ilə birlikdə Kolomnadan su yolu ilə Həştərxana getdi, oradan isə iyulun 18-də piyada qoşunlarına başçılıq edərək, gəmilərlə Xəzər dənizinə yollandı. Yürüşdə 5 min matros, 22 min piyada, 9 min süvari, habelə qeyri-nizami qoşunlar iştirak edirdilər. Süvari dəstəsi cənuba quru yolla, dəniz sahili boyunca çapırdılar.
Pyotr Senata yazdığı məktubda öz yürüşünü belə təsvir edirdi: “Biz Həştərxandan Terekə qədər, Terekdən isə Aqraxana qədər dənizlə gəldik; oradan fərmanlar göndərdik, sahilə çıxıb, uzun müddət süvari dəstəsini gözlədik. Süvari dəstəsi yolu boyu susuzluqdan və keçidlərin pis vəziyyətdə olmasından çox əziyyət çəkmişdi”.
Sonra xırda toqquşmaların zarafatyana təsviri verilir. Avqustun 23-də Dərbəndin naibi (canişini) şəhərin açarını Pyotra təqdim etdi. Məktubun axırında yürüşün şəraitinə ümumi qiymət verilir: “Yürüş uzaqları əhatə etməsə də, atların yemi olmadığından və havaların dözülməz dərəcədə isti keçməsi üzündən qarşıya hədsiz çətinliklər çıxır”. İsti o qədər şiddətli idi ki, Pyotr uzun saçlarını qısaltmağa vadar olmuşdu. Onun kəsilmiş saçlarından sonra parik düzəldildi. Həmin parik “Pyotrun mum fiqurunun başına qoyulmuşdur. Fiqur Ermitajda saxlanır.
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)