bookmate game

Riçard Karlson

  • Qorxmaz əliyevciteerde uit2 jaar geleden
    Dostum Patti keçən gün çox sevdiyi yazıçıdan öyrəndiyi fəlsəfəni mənimlə bölüşdü. Bu fəlsəfə mənim həyata baxdığım prizmanı daha çox genişləndirmişdir.

    Dünyanın nizamından söz düşəndə, yüz il gözə heç də elə uzun müddət kimi görünmür. Ancaq bu dəqiqdir: yüz ildən sonra heç birimiz bu planetdə olmayacağıq. Bax, bunu yadımızda saxlasaq, sıxıntılı və stressli anlarımızda düzgün fikirləşə biləcəyik.

    Maşınınızın təkəri partladı, ya da evin açarını yaddan çıxardığınız üçün qapıda qalmısınız. Yüz ildən sonra bunların nə mənası olacaq? Kimsə sizinlə pis davranıb, yaxud işinizi çatdırmaq üçün səhərə kimi işləmisiniz. Hə, nə olsun? Eviniz yaxşı yığışdırılmayıb, kompüteriniz xarab olub, çox ehtiyac duyduğunuz tətil üçün pul düzəldə, ya da təzə maşın ala bilməmisiniz... Ürəyinizi sıxan başqa məsələlərə yüz ildən sonra baxsanız, hadisələrə daha doğru yanaşacaqsınız.

    Elə bu səhər işdə meydana çıxan kiçik böhran zamanı bir ara çox gərgin olduğumu hiss etdim. Eyni saatda iki nəfərə görüş təyin edilmişdi. Məni dərin stresdən xilas edən amil, yüz ildən sonra heç kimin bu anı xatırlamayacağı və əhəmiyyət verməyəcəyini ağlıma gətirmək oldu. Sakit-sakit səhvi öz boynuma götürdüm və müştərilərimdən biri nəzakətlə yeni görüş vaxtını qəbul etdi. Həmişəki kimi, bu məsələ də asanlıqla şişirdilməsi mümkün “xırda iş” idi. Yaxşı ki, elə bu cür də qaldı.
  • Ayaşciteerde uit2 jaar geleden
    Mənim nəslimin ən böyük kəşfi – bir insanın davranışını dəyişdirməklə həyatını da dəyişdirə biləcəyini öyrənməsidir.

    Uilliyam Ceyms
  • Ayaşciteerde uit2 jaar geleden
    Ən əsası, sizi kədərləndirən hər bir şeyin xırdalığına getdikcə gərginliyiniz daha da artacaq. Bir fikir o birinə yol açır, o biri də digərinə... Axırda da çox böyük narahatçılığa düçar olacaqsınız.
  • Ayaşciteerde uit2 jaar geleden
    Rahibə Terezanın bizə bir öyüdü var: “Bu dünyada çox böyük işlər görə bilmərik. Amma kiçik işləri böyük sevgi ilə edə bilərik”.
  • Ayaşciteerde uit2 jaar geleden
    sevə bilmək möcüzədir və yenə bundan başqa çoxlu möcüzələr vardır. Bunlar haqqında fikirləşməyə başlayanda “böyük dərd” deyə gördüyünüz çox sıxıntının əslində “xırda şeylər” olduğunu və sadəcə, sizin bunlara böyük dərd kimi baxdığınızı başa düşəcəksiniz
  • Ayaşciteerde uit2 jaar geleden
    Yaddan çıxarmayın ki, öləndə siyahınızda hələ də tamamlanmamış işlər olacaq. Və... Bu işləri sizin yerinizə başqası görəcək! Ona görə də bundan sonra həyatınızın qiymətli anlarını xərcləməyin ki, sonradan peşman olmayasınız.
  • Ayaşciteerde uit2 jaar geleden
    Yeganə edəcəyiniz hərəkət baxışınızı “Niyə mənə bunu edirlər?” sualından “Mənə nə öyrətməyə çalışırlar?” nöqteyi-nəzərinə çevirməkdir.
  • Ayaşciteerde uit2 jaar geleden
    Növbədə dayanmaq səbirsizlik vərdişini aradan qaldırmağın ən təsirli yoludur.
  • Ayaşciteerde uit2 jaar geleden
    Kimsə sizə qəribə gələn bir hərəkət edəndə həmişəki kimi: “Niyə belə etdin?” demək əvəzinə, ürəyinizdən bu sözləri keçirin: “Başa düşürəm. Deməli, o da öz dünyasında hər şeyi bu cür görür.
  • Ayaşciteerde uit2 jaar geleden
    Nədəsə gözəllik görməməyiniz həmin gözəlliyin olmadığı demək deyil. Sadəcə, biz kifayət qədər diqqət yetirmirik, ya da hadisələrə münasibətimiz yetərli dərəcədə geniş deyildir.
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)