bookmate game

Mümin Sekman

  • Ayaşciteerde uit2 jaar geleden
    Heç birimiz məhdudlaşdırıcı mühitə məhkum deyilik. Cəmiyyətin hamısını dəyişdirə bilməzsiniz, ancaq bir yerdə yaşadığınız kütləni seçə bilərsiniz. Dünyaya son şəkli siz verə bilməzsiniz, ancaq öz dünyanızı ciddi şəkildə dəyişdirə bilərsiniz.
  • Ayaşciteerde uit2 jaar geleden
    Sizə insan münasibətləriylə bağlı «nüvə başlıqlı» bir taktika öyrədim. Həyatda insanların arxasınca qaçmayın, onların arxasınca qaçdığı şeyin arxasınca qaçın. Siz onların istədiklərinə sahib olanda. onlar özləri sizi tapacaqlar! Vəssalam!
  • Ayaşciteerde uit2 jaar geleden
    Nəyi çox düşünsək, beynimizdə o çoxalar. Beynimizdə çoxalan daşıb həyatımıza da yayılar. Qorxu da, cəsarət də, tənbəllik də, qeyrət də həyatımızda belə böyüyür. Bədənimizin balanslı şəkildə qidalanmasına diqqət yetiririk, bəs beynimizi nə dərəcədə doğru qidalandırırıq? Beynimizə kifayət qədər uğur vitaminləri» və «xoşbəxtlik mineralları» veririkmi?
  • Ayaşciteerde uit2 jaar geleden
    Kousins nə gözəl deyib: «Həyatda ən böyük itki ölüm deyil. Ən böyük itki biz yaşayarkən daxilimizdəki bir şeyin ölməsidir.»
  • Ayaşciteerde uit2 jaar geleden
    Bir iş seçin. Əvvəlcə o işi ən yaxşı bilən olun. Sonra ən yaxşı görə bilən olun. Ən axırda isə ən yaxşı görən kimi tanınan olun.
  • Ayaşciteerde uit2 jaar geleden
    Atatürk bir çıxışında bunu vurğulayır: «İşləmədən rahat ya­şamağın yollarını vərdiş halına gətirmiş millətlər, əvvəl mənəviyyatlarını, sonra hürriyyətlərini, ən axırda da gələcəklərini itirməyə məhkumdurlar!»
  • Sinarshikhovaciteerde uit2 jaar geleden
    “Bizi güclü edən yediklərimiz deyil, həzm etdiklərimizdir; bizi varlı edən qazandıqlarımız deyil, xərclədiklərimizdir; bizi məlumatlı edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir; bizi öndər edən də başqalarına verdiyimiz nəsihətlər deyil, onları özümüzün də istifadə etməyimizdir
  • b6716510512citeerde uit2 jaar geleden
    Eynşteyn «Bir problemi yaradan zehni eyni səviyyədə çalışdıraraq o problemi həll edə bil­məzsiniz» deyirdi. Böyük dahi fərqli nəticələr istə­yi­rik­sə, yeni işlər görməyin lazım olduğunu bu sözlərlə an­ladır: «Hər zaman etdiyini etməklə daha yaxşı bir nə­ticə gözləmək dəlilikdir
  • b6716510512citeerde uit2 jaar geleden
    Nitsşenin məşhur sözündəki kimi, «məni öldürməyən zərbə məni gücləndirir» deyir,
  • Ayaşciteerde uit2 jaar geleden
    “Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!”
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)