Ey mənim əziz uşaqlıq əyyamım! Ömürdən iyirmi beş il keçəndən sonra səni düşünüb kədərlənmək, səndən ötrü heyifsilənmək, ölərkən yalnız səni fərəh və minnətdarlıqla xatırlamaq nə mənasız bir şeydir!
Mir Aliciteerde uit7 jaar geleden
Bilirsinizmi, axmaqlarla yaşamaqdan, bəli-bəli deyib onlarla razılaşmaqdan xoş bir şey yoxdur, bu əlverişlidir!
Mir Aliciteerde uit7 jaar geleden
dünyada ancaq axmaq adamlar qalacaq
Elmin Seyfəddinliciteerde uit8 jaar geleden
qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək, bədbəxt olmaq ehtiyacını hiss edirlər.
Mir Aliciteerde uit7 jaar geleden
Piyadadan atlıya yoldaş ola bilməz!
Mir Aliciteerde uit7 jaar geleden
“Əsas ağıl deyil, əsas ağla istiqamət verən insan təbiətidir, insan qəlbidir, nəcib xüsusiyyətlərdir, inkişafdır”
Mir Aliciteerde uit7 jaar geleden
Niyə axı insandan, verə biləcəyindən artıq şey gözləyəsən?
ahmedoffelvin99361citeerde uit9 jaar geleden
Mənə elə gəldi ki, o qəsdən öz yarasını qanadır, buna ehtiyac hiss edir, – məyus olmaq, iztirab çəkmək ehtiyacı… Böyük itkilərə məruz qalan adamlarda çox vaxt belə hal olur
ahmedoffelvin99361citeerde uit9 jaar geleden
Əgər sən məni onun şəkli üstündə hönkür-hönkür ağlayan gördünsə, bundan elə nəticə çıxarma ki, mən onu bağışlamaq istəyirəm. Mən onda da onu bağışlamadım. Mən onun üçün deyil, əldən çıxmış xoşbəxtlik, baş tutmayan arzular üçün ağlayırdım
Xuraman Memmedovaciteerde uit5 jaar geleden
Qəribədir, bircə elə günəşin işığı insanın qəlbində nələr edə bilərmiş!