Memmed Said Ordubadi

Qılınc və qələm

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır.
Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
Dit boek is momenteel niet beschikbaar
954 afgedrukte pagina’s
Auteursrechteigenaar
Qanun Nəşriyyatı
Hebt u het al gelezen? Wat vindt u ervan?
👍👎

Impressies

  • Nermin Husseindeelde een impressie8 jaar geleden

    Accaip Muhtesem Yuzyil effektli..Ya hamisi eyni yasayib,ya da ortada hirsizlik olayi var ;)

  • Azər Əlizadədeelde een impressie6 jaar geleden
    👍De moeite van het lezen waard
    🔮Verborgen diepten
    🌴Mooi tussendoortje
    💤Saai!

    Bədii yazılış tərzi çəkici olmasada kitabda cinslər arasındakı münasibətlər çox gözəl göstərilmişdir. Ən əsası isə həyatın daha çox günümüzdə göstərilən müsbət işıqlı parlaq yalanları deyil acı ancaq həqiqi doğruları yer almışdır.

  • weyTan😈🤍deelde een impressie3 jaar geleden
    👍De moeite van het lezen waard

    Bəncə çok iyi biR Kitab👈👍🏻

Citaten

  • Xuraman Memmedovaciteerde uit5 jaar geleden
    Özünü heç bir zaman qüvvətli hesab etmə, çünki sən hələlik düşmənin qüvvətini bilmirsən.
  • Xuraman Memmedovaciteerde uit5 jaar geleden
    Sonra, Gəncə hakimi Əmir İnancın məsələsinə aid yazdığınız sətirlərdə deyirsiniz ki: «Mən, yoldaşım və bir də böyük şairə Məhsəti xanımdan ibarət olan üç nəfər, bir inəyin südü ilə gözəl bir surətdə yaşadığımız halda, Əmir İnanc bütün Aran məmləkətini bir inək kimi sağıb yeyirsə də, yenə də doymur».

    Möhtərəm şair, hərgah Əmir İnanclar bir inəyin südü ilə kifayətlənsəydilər, o zaman onlar da Nizami olardılar, daha onlara Əmir İnanc deməzdilər.
  • Azər Əlizadəciteerde uit6 jaar geleden
    Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir

Op de boekenplanken

fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)