bookmate game
Çingiz Abdullayev

İngilis bulvarı

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
Çoxsaylı əsərləri əksər dünya xalqlarının dilinə çevrilərək böyük tirajla yayımlanan Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin öz yaradıcılığı üçün də qeyri-ənənəvi olan bu romanında macəra dalınca Nitsaya bir həftəlik istirahətə yollanan moskvalı vəkilin — Kseniya Morjikovanın başına gələn qeyri-adi hadisələr öz əksini tapmışdır. Az qala möcüzə nəticəsində bir neçə dəfə ölümün pəncəsindən yaxa qurtarmağa müvəffəq olan gənc hüquqşünas qadın özü də bilmədən son dərəcə müəmmalı şəkildə baş vermiş qətllərin şahidinə çevrilməklə yanaşı, bu dolaşıq hadisələrin açılmasında, qatillərin ifşasında da bilavasitə iştirakçı və yardımçı olur.
Dit boek is momenteel niet beschikbaar
183 afgedrukte pagina’s
Auteursrechteigenaar
Qanun Nəşriyyatı
Hebt u het al gelezen? Wat vindt u ervan?
👍👎

Impressies

  • b9210378340deelde een impressie7 jaar geleden
    🚀Verslavend

    Demək olar ki, ilk dəfədi detektiv oxuyuram. Beyini itiləşdirən əsərdi. Həm də kifayət qədər maraqlı məlumatlar var. Tövsiyə edirəm.

  • ikarimovdeelde een impressie6 jaar geleden
    👍De moeite van het lezen waard
    🔮Verborgen diepten
    💡Heel leerzaam
    🎯De moeite waard

    Çox gözəl bir kitabdır. Hər cümləsi səbirsizliklə oxunan kitab.

  • Gülgün Rzayevadeelde een impressie7 jaar geleden
    👍De moeite van het lezen waard

    Çingiz Abdullayevin digər əsərləri kimi olmasa da, maraqlı idi. Ola bilər baş qəhrəmanı çox sevmədim. Hər halda ❤Dronqonun❤ yerini heç kim tuta bilməz.

Citaten

  • Günay Hüseynovaciteerde uit7 jaar geleden
    Şərə qalib gəlmək mümkün deyil, Xeyir həmişə ona uduzur. Bəlkə də bu düzdür. Ancaq Şər əsla o səbəbdən məhvə məhkum deyil ki, Xeyirlə mübarizədə məğlubiyyətə düçar ola bilər. Qətiyyən belə deyil. Şər özünü öz içindən yeyib dağıdır, onun əsas mahiyyəti – ən başlıca və ən mühüm səçiyyəsi budur. Şər inkişaf edə bilməz, o öz ehtiyatları hesabına özünü təsdiq etdiyi zaman yalnız daxili ekspansiya gedir.
  • Cavid İsmayılzadəciteerde uit3 jaar geleden
    İndi mən özümü bir az Şerlok Holms, bir az Erkül Puaro, bir az da... Dronqo kimi hiss edirəm
  • Rashid Rzayevciteerde uit5 jaar geleden
    o mənim ömrümdə ən xoş xatirələrlə yaşayacaqdı. Həmişə mənim olacaq bayram kimi

Op de boekenplanken

fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)