Ziqmund Freyd

Totem ve Tabu

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
İlk dəfə 1913-cü ildə işıq üzü görmüş “Totem və tabu” kitabı dünya şöhrəti qazanmış görkəmli avstriyalı psixoloq və psixiatr, psixoanaliz təliminin əsasını qoymuş Ziqmund Freydin ən mühüm əsərlərindən biri sayılır. Yazıldığı tarixdən yüz ildən artıq bir vaxt keçməsinə baxmayaraq, “Totem və tabu” əsəri bu gün də psixoanalizin klassik kitablarından sayılmaqdadır. Freyd bu əsərində özünün psixoanalitik nəzəriyyəsinə əsaslanaraq, insan cəmiyyətinin, mədəniyyət və sivilizasiyanın mənşəyini araşdırmağa çalışmış, habelə əxlaqi, dini və hüquqi normaların yaranması ilə bağlı özünün yeni nəzəriyyəsini yaratmışdır. “Totem və tabu” əsərinin oxucuların böyük marağına səbəb olacağına və onların fundamental insani dəyərlərlə bağlı baxışlarına yeniliklər gətirəcəyinə inanırıq.
Dit boek is momenteel niet beschikbaar
243 afgedrukte pagina’s
Auteursrechteigenaar
Qanun Nəşriyyatı
Hebt u het al gelezen? Wat vindt u ervan?
👍👎

Impressies

  • Cənab b'deelde een impressie4 jaar geleden
    👍De moeite van het lezen waard
    🔮Verborgen diepten
    💡Heel leerzaam

    Mükəmməl!

  • Isa Isazadedeelde een impressie5 jaar geleden
    👍De moeite van het lezen waard

    Gəlmiş keçmiş ən yaxşı tabu izahı

  • Isa Isazadedeelde een impressie5 jaar geleden
    👍De moeite van het lezen waard

Citaten

  • Senan Huseynovciteerde uit2 jaar geleden
    Bu xalqların düşmənlərin ölüləri ilə barış adətləri mövhumatçılıqlarına görə öldürülmüş adamların ruhu qarşısında duyduqları qorxu səbəbindən yaranmışdır; belə bir qorxu bizim yaxın keçmişimiz üçün də xarakterikdir və dramaturgiyada ingilis dramaturqu elə bu duyğuların təsiriylə “Maqbet” və “III Riçard” dramlarında ölülərin qarabasmalarını səhnəyə çıxarmışdır
  • Senan Huseynovciteerde uit2 jaar geleden
    Tabu olduqca qədim çağlarda kənardan primitiv adamların keçmiş nəsilləri üzərinə qoyulmuş bir yasaqdır, yəni keçmiş nəsillərin sonrakı nəsillərə zorla sırıdığı bir yasaqdır
  • Senan Huseynovciteerde uit2 jaar geleden
    Sarmaşma halları nevrozundan əziyyət çəkənləri danışdıranda onların deyə biləcəyi ən anlaşılan söz bundan ibarətdir ki, onlar özləri üçün müəyyən etdikləri yasaqları pozsalar, onda ən yaxın saydıqları adamların başına böyük bir fəlakət gələ bilər. Bu fəlakətin nədən ibarət olacağını bilmirlər və dilə gətirdikləri bu əhəmiyyətsiz etiraflar da çox vaxt günaha batdıqlarını düşündüyü və ya ondan qorunmağa çalışdıqları vaxt dediyi sözlərdən ibarət olur,

Op de boekenplanken

fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)