bookmate game
Haruki Murakami

Norveç meşəsi

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
  • Pərvin Təlaiciteerde uit4 jaar geleden
    İcazənlə sənə bir məsləhət verim.

    — Ver.

    — Heç vaxt özünə yazığın gəlməsin. Ancaq bəsit adamların özünə yazığı gəlir.
  • Şəfiqə Babayevaciteerde uit8 jaar geleden
    — Qadınlar özləri də bilmirlər ki, nə vaxt hər şeyi dərk eləməyə başlayırlar. – O danışırdı. – İyirmi, iyirmi bir yaşları tamam olan kimi, məntiqlə düşünməyə başlayırlar. Bu vaxta qədər gözlərinə sevimli görünən şeylər indi mənasız görünür. Çox realist düşünməyə başlayırlar
  • Əliciteerde uit7 jaar geleden
    Üstəlik, onda maraqlı bir xüsusiyyət də vardı — həmsöhbətinin, hətta ən boz, maraqsız söhbətində də nəsə diqqətəlayiq bir şey tapa bilirdi. Odur ki, onunla söhbət eləyəndə, mənə elə gəlirdi ki, çox maraqlı adamam və olduqca maraqlı həyat yaşamışam
  • Elmin Seyfəddinliciteerde uit8 jaar geleden
    Bax, məsələn, təsəvvür elə ki, içi peçenye ilə dolu bir səbət var. Peçenyelərdən bəziləri sənin xoşuna gəlir, bəzilərisə yox. Əgər sən xoşuna gələn peçenyelərin hamısını əvvəl yesən, sonraya təkcə xoşlamadığın peçenyelər qalacaq. Mən nəsə çətinə düşəndə, belə fikirləşirəm. Düşünürəm ki, bir az dözsəm, hər şey yaxşı olacaq. Düşünürəm ki, həyat peçenye ilə dolu səbətdi.
  • aygulciteerde uit7 jaar geleden
    Elə bil ikiyə bölünmüşəm, ya özümdən qaçıram, ya özümün arxamca düşürəm. Mərkəzdə nəsə yoğun bir dirək var və mən o, dirəyin başına fırlanaraq özüm-özümlə qaçdı-tutdu oynayıram.
  • Şəfiqə Babayevaciteerde uit8 jaar geleden
    ÖLÜM HƏYATIN O BİRİ ÜZÜ DEYİL, ONUN BİR PARÇASIDIR
  • Cavid İsmayılzadəciteerde uit4 jaar geleden
    ÖLÜM HƏYATIN O BİRİ ÜZÜ DEYİL, ONUN BİR PARÇASIDIR
  • Nigar Ismayilzadeciteerde uit3 jaar geleden
    — Bilirsən, varlıların ən böyük xoşbəxtliyi nədədi?

    — Yox, nədədir?

    Onlar pullarının olmadığını rahatca deyə bilirlər. Məsələn, mən sinif yoldaşıma harasa getməyi təklif eləsəm, o, mənə rahatca deyə bilər ki, “indi olmaz, indi pulum yoxdu”. Amma mən bunu heç vaxt deyə bilməzdim. Çünki belə desəm, bu, o deməkdi ki, mənim, doğrudan da, pulum yoxdu. Özümü gülünc günə qoymuş olaram. Təxminən belə çıxır: gözəl qız deyə bilər ki, “bu gün üzümü pis boyamışam, heç yana getmirəm”. Amma kifir qız belə desə, hamı ona gülər. Bax, mən belə bir dünyada yaşayırdım. Keçən ilə qədər, düz altı il...
  • askerabbasliciteerde uit6 jaar geleden
    Axı mən də qadınam. Axı mənə də azca da olsa, diqqət göstərmək olardı. Mənə ikicə kəlmə deyə bilərdin ki, “saçların nə gözəl olub” vəssalam. Sonra nə qədər özünə qapansan da, səni bağışlayardım...
  • Misir Məmmədliciteerde uit8 jaar geleden
    Nə bilim, bəlkə də, belə düşünmək lazım deyil. Axı, mənimlə yaşıd olan qızların çoxu “insaf”, “ədalət” kimi sözləri işlətmir. Sadə qızlar nəyin ədalətli olub, nəyin ədalətli olmadığını fikirləşmirlər, onları daha çox gözəllik, xoşbəxtlik maraqlandırır. Məncə “ədalət” kişilərin sözüdür, bu sözü kişilər işlədirlər. Amma indi bu söz mənə ən uyğun kəlmə kimi görünür. Yəqin, gözəllik, xoşbəxt olmaq kimi məsələlər mənə həddindən artıq çətin və darıxdırıcı gəlir, ona görə də başqa şeylərə meyl eləyirəm. Məsələn, ədalət, düzgünlük, hərtərəflilik kimi məsələlərə
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)