bookmate game
Nikolas Sparks

Sevgili Con

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
  • b5152654585citeerde uit8 jaar geleden
    Amma mən Savannaya rast gəldim, ona görə də həyatım belə anlaşılmazdır. Görən kimi vuruldum ona, sevdim, amma ayrılandan sonra uzaqda onu daha şiddətlə sevdim. Bizim sevgi hekayətimiz üç hissəlidir – əvvəli, ortası və axırı var. Sevgi əhvalatları üçün bu adi olsa da, indiyə kimi sevgimizin əbədi davam etmədiyinə inana bilmirəm.
    Ötən günlərin xatirələri məni alıb apardı, birlikdə olduğumuz günlər elə aydın, elə yaxın göründü ki, bütün bunların necə başlandığını xatırladım. Neynim ki, indi mənə qalan yalnız xatirələrdi...
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Məhəbbət adama sevinc gətirməlidi, ürəklərə rahatlıq və işıq bəxş etməlidi, mənim sevgim isə hamıya dərd gətirmişdi
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    – Mən səni sevirəm, Savanna, həmişə də sevəcəyəm, – dərindən köks ötürdüm. – Dünyada qiymətli bir şeyim varsa, o da sənsən. Sən mənim ən yaxşı dostum, sirdaşım, həm də sevdiyimsən. Səni tanıdığıma, sevdiyimə zərrə qədər peşman deyiləm. Sən həyatımı rövnəqləndirdin, məna verdin ömrümə
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    sevgi odur ki, öz xoşbəxtliyindən çox başqasının xoşbəxtliyini düşünəsən. Nəyin bahasına olur olsun! Seçim sənin üçün nə qədər ağrılı olsa da!
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Bir az diqqət etsən, görərsən ki, bütün müharibələr bir-birinə oxşayır: adını nə qoysan da, bu, rəqabət aparan maraqların hakimiyyət uğrunda savaşıdır
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Sənin haqqında fikirləşəndə gülümsəməyə bilmirəm – necə oldu ki, mənim bir parçama çevrildin? Elə bil tamamladın məni. Mən səni təkcə bu saat, indiki anda sevmirəm, mən həmişə sevirəm səni, həmişə də o güclü qollarınla bir də məni qucaqlayacağın vaxtı arzulayıram”.
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Mən... evlənmək istəyirəm səninlə...
    – Bu vəddir? Söz verirsən?
    – İstəsən, hə.
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Hər halda, mənə elə gəlirdi ki, sevirəm onu. İndi dönüb arxaya baxanda görürəm ki, yox, yəqin, sadəcə bir-birimizə öyrəşmişdik, vaxtımızı xoş keçirirdik, ona görə... Görməyəndə darıxırdım. Necə deyim, birlikdə idik, amma birlikdə olmaq hələ bir olmaq, qoşa olmaq deyildi. Çox tanımırdım onu. Lap doğmalaşa bilmirdik...
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    “Pişiklər evdə olmayanda siçanların bayramıdır”
  • Nurcan Rzayeva Qurbanlıciteerde uit7 jaar geleden
    Atam həmişə deyirdi ki, əgər bir şeyə qarşı mübarizə edirsənsə, ətrafına bax, görərsən ki, hər kəsin öz döyüş meydanı var, hər kəs nə iləsə mübarizə aparır, hamı üçün çətindir, elə sənin üçün ­olduğu kimi
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)