bookmate game
az
Covanni Bokkaçço

Dekameron

Meld me wanneer het boek is toegevoegd
Dit boek lezen upload een EPUB- of FB2-bestand naar Bookmate. Hoe kan ik een boek uploaden?
“Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. “Dekameron”da bu gənclərin təbiət və xasiyyətləri Bokkaççonun gənclik dövründəki əhvali-ruhiyyəsinin keçdiyi mərhələləri təmsil edir: Dioneo həssas və şən, Filostrato xəyalpərvər, Pamfilo isə ciddi və ağıllıdır. Gənclərin bu xarakteri onların hər birinin söylədiyi hekayədə də öz ifadəsini tapır.
Eyni vəziyyəti qızların obrazlarında da görürük. Bokkaçço onların hamısının həqiqətən Florensiya şəhərində adlı-sanlı ailələrdən çıxdığını və real adamlar olduğunu söyləyir. Lakin bəzi mülahizələrə görə Bokkaçço qızların həqiqi adlarını gizlətməyi üstün tutur və onlara başqa adlar verir. Hər halda maraqlı cəhət budur ki, təsvir olunan qızların xarakteri də Bokkaççonun ilk əsərlərində məhəbbət macəralarının iştirakçıları kimi qələmə alınmış qızların xarakterini xatırladır. Yeddi qızdan birinə bilavasitə Fyammetta adı verilməsi də təsadüfi deyildir; bu obraz Bokkaççonun gənclik məhəbbətinin simvolu, “Fyammetta” əsərinin də qəhrəmanıdır. Beləliklə, əsərdə iştirak edən hekayəçilərin müxtəlif xarakterli olması söylənən hekayələrə də rəngarənglik gətirir.

“Dekameron” əsərini Covanni Bokkaçço 1352–1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.
Dit boek is momenteel niet beschikbaar
913 afgedrukte pagina’s
Auteursrechteigenaar
Qanun Nəşriyyatı
Hebt u het al gelezen? Wat vindt u ervan?
👍👎

Impressies

  • Sabinadeelde een impressie8 jaar geleden
    💤Saai!

    Çox uzun oldu.????

  • Nermin Husseindeelde een impressie8 jaar geleden

    Italiyanlar hem incesenetde,hemde gerizekaliliqda cigir acib..

  • Rəşad Rauf ogludeelde een impressie4 jaar geleden

    yükləmək lazimdir məncə

Citaten

  • b5100845609citeerde uit8 jaar geleden
    Biz qadınlar cıvrığıq, dalaşqanıq, qorxağıq, hər şeyə şübhə edirik, buna görə də mən çox qorxuram ki, özümüzə başqa bir rəhbər götürməsək, bizim bu cəmiyyətimiz çox tez dağılar
  • b4099978887citeerde uit4 jaar geleden
    xanımlar, tərpənməyən hədəfi vurmaq asandır, lakin qəribə
  • Aytac Nazciteerde uit8 jaar geleden
    böyük olana – Pampineya, ikincisinə – Fyammetta, üçüncüsünə – Filomena, dördüncüsünə – Yemiliya, beşincisinə – Lauretta, altıncısına – Neifila, yeddincisinə – Yeliza

Op de boekenplanken

fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)