bookmate game

Sevdiklərim

Rüzgar Mövsüm
6Boeken146Volgers
Bu rəfdə mənim mahiyyətimin torpağını becərən kitablar yer alır.
    Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    Daxilimdə fırtınalar yaradan əsərlərdən biri də sevimli yazıçım - Erix Maria Remarkın “Zəfər tağı” romanıdır. Mən deyərdim – bu roman XX ci əsrin ən gözəl və ən kədərli əsərlərindəndir. Bu roman - sevgi, müharibə və ölüm haqqındadır. Bu roman – İkinci dünya müharibəsinin dəhşətləri fonunda həyatında ani həzzlərdən başqa heç bir şeyi və heç bir kəsi olmayan zavallı, gözəl və zərif Joan Madoyla humansitliyinə görə sevgilisini faciəvi şəkildə itirən, illərlə siyasi təqiblərə məruz qalan cavan bir kişinin, ümidsiliklər və qorxular içində yaşamağına baxmayaraq, çəkdiyi iztirablara rəğmən daxilindəki kişilik zirvəsindən enməyən, alicənablığı və peşəkarlığı heç vaxt unutmayan bir kişinin, Doktor Ravikin sevgi hekayətidir. Bu onların – Raviklə Joanın “zəfər tağı”dır.

    Bu roman faciə ilə bitməli olan sevgi və ehtiras hekayəsidir.
  • niet beschikbaar
  • Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    Atamın dediyinə görə cavanlıqda onu ən çox dəyişən kitab məhz Ovod olub. Düzü mən də bu əsəri oxuduqdan sonra hiss etdim ki, çox dəyişmişəm və bir çox şeyə artıq tamam başqa çür baxıram.
    Bu əsər arıtq bir əsrdən artıqdır ki, bütün dünyada böyük maraqla oxunur, oxucularda güclü emosiyalar yaratmağa müvəffəq olur. Şəxsən mən özüm bu kitabı ilk dəfə azərbaycanca, iki dəfə də rusca, toplam 3 dəfə oxumuşam.

    Etel Lilian Voyniçin yazdığı bu roman XIX əsrin ortalarında italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, daha dəqiq isə bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun çox faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəskin tənqidi məqalələr yazan bu idealist gənc sonunda öz sevimli xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. Ovod yorulmadan düşmənlə mübarizə aparır. O, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Ölüm onu qorxutmur. Yazıçı əsər boyu qəhrəmanın qəlbindəki şəxsi faciələrinin açdığı yaraları da çox gözəl təsvir edir.

    Düzdür, əslində əsərdəki hadisələr İtaliya burjua inqilabı dövründən bəhs etsə də, romanda siyasilik və tarix baxımından yetərincə qiymətli məlumat yoxdur. Əsər bədii əsər olaraq qalır. Romanın təsir gücünə isə söz ola bilməz.

    Ümumiyyətlə, bu əsər barəsində çox şey düşünürəm və beynimdə o qədər fikirlır var ki, amma bu fikirlər bura yazılmayacaq qədər, izah edilməyəcək qədər təsəvvürümün və təxəyyülümün dərinliklərində oturub.

    Ən yaxşısı siz bu kitabı özünüz oxuyun və əsərdən zövq alın.
  • niet beschikbaar
    Etel Voyniç
    Ovod
    • 1.6K
    • 225
    • 72
    • 83
    az
  • Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    Həyata baxışımı dəyişən kitablardan biri də Cek Londonun Martin İden romanıdır. Bu əsəri ilk dəfə 11 ci sinifdə oxumuşam. O vaxt əsər məni o qədər uzaqlara aparmışdı ki, kitabı oxuyub bitirməyə heyfim gəlirdi. İstəyirdim kitabdan aldığım ləzzət heç bitməsin. Ona görə də kitabı çalışırdım lap yavaş-yavaş oxuyum. Qəhrəmanla kövrəlirdim, sevinirdim.

    Roman 21 yaşlı kasıb işçi, matros Martin İdenin həyatındakı hadisələrdən bəhs edir. Müəllif romanda şəxsi azadlıq, həyatın cürbəcür çətinlikləriylə mübarizə, məqsədə çatmaq və s. vacib məqamları böyük məharətlə əks etdirib. Elə səhnələr var ki, adam onların təxəyyüldən yarandığına inanmır, sanki hər şey yanında canlı-canlı baş verir.

    Sonda əsərin qəhrəmanı Martin dünyanın çətinliklərinə sinə gərərək onları bir-bir dəf edir və bütün hədəflərinə çatır. Amma…

    Sonda qeyd etmək istərdim ki, hər bir Azərbaycan gənci özünü bu kitabda asanlıqla tapa bilər. Çünki, əsərdə ictimai qınaq və onunla kəskin mübarizə var. Fərdin savaşı var.
  • niet beschikbaar
  • Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    Əminəm ki, hamınız Cek London adıyla tanışsınız. Onun yaradıcılığına hələ uşaq vaxtı müraciət etmişəm və demək olar ki, bütün əsərlərini oxumuşam. Mənə ən təsir edən Martin İden facisəsi olsa da, mən bu gün yazıçının “Ağ diş” povesitndən söhbət açmaq istəyirəm.

    Əsər yarı canavar balası olan itin başına gələn əhvalatların fonunda süjet boyu ümid, şəfqət, sədaqət, xoşbəxtlik kimi anlayışları içində saxlayır və bütün bunları oxucu üçün bir-bir açır. Əsərdə bununla yanaşı insanla heyvanın demək olar ki, bir olduğu, ana təbiətin bənzər və ayrılmaz hissəsi olduğu fikirləri vurğulanır. Povest həyəcanlı məqamlarla və gözəl bədii təsvirlə doludur.

    Bu povest müəllifə uğur gətirən əsərlərdən biridir.
  • niet beschikbaar
  • Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    Bəşər tarixin müxtəlif dövrlərində müharibələrdən, irqi, milli, siyasi və dini təqiblərdən, soyqırımlardan usanmış, üzülmüş məzlum insanların, həyatın, daha doğrusu isə elə insanların mundarlıqlarından iyrənmiş ümidsiz insanların dadına çatan, onların halına yanan dahi yazıçılar olub. Bu yazıçılar təkrarolunmaz istedadları ilə məzlum insanlara təsginlik verən, gördükləri zülmlərdən sonra onların həyatda istiqamətləndirilməsinə böyük dayaq olan ölməz əsərlər yaradıblar.

    Bu yazıçılardan biri mənim sevdiyim Mixail Bulqakovdur. Bu gün onun sehrli “Master və Marqarita” romanından qısaca danışmaq və sizə bu əsəri oxumağı məsləhət görmək istəyirəm. Şablon səslənsə də, demək sitəyirəm ki, kitabın özü Rusiyanın bu romanın motivləri əsasında çəkdiyi serialdan qat-qat maraqlıdır. Sətiraltı mənalarla doludur. Düzdür kino pis çəkilməyib, amma hər zaman olduğu kimi kitab başqa aləmdir. Kitabda təxəyyül və təsəvvürün hüdudları olmur.

    20-30 cu illərin Moskvasında iblisin gəlməsiyə başlayan biri-birindən qəribə, mistika dolu hadisələrin fonunda əsasən yaxşılıqla pisliyin, insanın içindəki mələklə şeytanın mübarizəsi təcəssüm olunur. Əsərin süjeti dəyişkəndir, zamana səyahət edir. Biz gah 20 ci illərə, gah da İsa peyğəmərin dövrünə gedirik. Romanda həm də o dövrün “şeytanları”nın və “mələk”lərinin prototiplərini tapmaq olar. Əsər çox maraqlıdır.

    Bir sözlə oxumayanlara bu kitabı oxumağı məsləhət görürəm. Ən azından ona görıə ki, kitab oxumağın özü əvəzzis bir hissdir.
  • niet beschikbaar
  • Rüzgar Mövsümvoegde een boek toe aan de boekenplankSevdiklərim9 jaar geleden
    “Beş mərtəbəli evin altıncı mərtəbəsi.” – Anarın əfsanəvi romanı. Bu kitabı ilk dəfə əlimə alanda, 3 cü sinifdə oxuyurdum. Onda hələ başımdan çox böyük bir hekayətin xəyali şahidi olacağımı bilmirdim. Onu da bilmirdim ki, illər keçəcək və mən Təhminənin azad olmaq istəyən ən bədbəxt, ən sentimental azərbaycanlı qadın olduğunu anlayacağam. Və mən onu da bilmirdim ki, azərbaycanda xaraktersiz, qadınlara həmişə şübhəli yanaşan, zəif Zaurlara mən 30 yaşımda da rast gələcəyəm…

    Sevgini müqəddəsləşdirən, sevgidə mistik bir enerji axtaran Təhminə və ictiami qınaqlara məğlub olan, zəif, qərarız, cəsarətsiz Zaur…
    Heyif Təhminədən, çox heyif…
fb2epub
Sleep je bestanden hiernaartoe (maximaal 5 per keer)